Azərbaycan G20 sammitində iştirak edəcək

Azərbaycan G20 sammitində iştirak edəcək

Bildiyiniz kimi, CESD Böyük İyyirmliyin (G20) Beyin Sammitində təmsil olunacaq. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu il eyni zamanda qlobal olaraq gənclərin 100 innovativ layihəsinin dəstəklənməsi də nəzərdə tutulur: "Almaniya tərəfi Azərbaycan gənclərinin bu proqramda iştirakının dəstəklənməsini CESD-dən xahiş edib. Müsabiqədə Azərbaycan gənclərinin də fəal iştirakı yaxşı olardı. Qaliblərin Nobel mükafatı almış iqtisadçılar ilə görüşlərinin təşkili də daxil olmaqla G20 sammitində iştirakı də nəzərdə tutulub. Bütün xərclər Almaniya tərəfindən qarşılanacaq.

Proqramda bütün sahələr üzrə tədqiqatçılar, sahibkarlar, İT expertlərinin və jurnalistlərin iştirakı nəzərdə tutulur. İnnovativ ideyalar ilə bağlı sektor limiti yoxdur, sadəcə bu təşəbbüslərdə yeni yanaşma tələb edilir. Porqramın işçi dili ingilis dilidir. Qeyd edim ki, G20 Beyin Sammiti mayın 28-30-da Berlində, G20 Sammiti isə iyulun 7-8-i Hamburqda təşkil ediləcək. Hamburqda G20 sammiti ilə yanaşı ənənəvi olaraq G20 Beyin Sammiti də keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə