Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu sözləri SİA-ya açıqlamasnda iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu özünü dünənki rəsmi kursda və eləcə də bu gün hərracın nəticələrində göstərdi. Son 2 gündə valyuta bazarımızda dolların manata kursu cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi kursa təsir göstərməkdədir.
Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar.
Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də, büdcə xərcləmələrin də artımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma buna baxmayaraq, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB