"Tap layihəsi Azərbaycan - Avropa əməkdaşlığının yeni mərhələsidir" AÇIQLAMA

"Tap layihəsi Azərbaycan - Avropa əməkdaşlığının yeni mərhələsidir" AÇIQLAMA

"İtaliyanın Dövlət Şurasının TAP layihəsinin tikintisinə icazə verməsi gözlənilən idi". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, kəmərin tikintisi ilə əlaqədar layihədə iştirak edən bütün tərəflər öz razılıqlarını vermişdi və artıq TAP-ın tikintisi reallıqdır. Tap layihəsinin tikintisi gələcəkdə İtaliyanın qazla təminatında mənbələrin şaxələnməsinə, təhlükəsiz davamlı təminatına imkan verir və bu, qaz təminatı ilə əlaqədar baş verə biləcək siyasi manipulyasiyaların qarşısını alır. TAP-ın tikintisi həm də İtaliyanın tranzit imkanlarından gəlir götürməyinə imkan yaradır. Yəni, Avropa ölkələrinə təbii qazın ixracını həyata keçirilməsinə imkan yaradacaq. TAP kəmərinin tikintisinə bir dəfə qoyulan kapital ölkəyə uzun illər gəlir gətirəcəkdir".

Azər Badamov qeyd edib ki, İtaliya Dövlət Şurasının tikintiyə icazə verməsi Tap-ın reallığını artırır və bunu Azərbaycan- Avropa əməkdaşlığının yeni məhələsi kimi qiymətləndirmək olar. Artıq TAP layihəsi yekunlaşmaq üzrədir və bu layihənin uğurla başa çatdırılması Azərbaycana qaz istehsal edən yeni mənbələrin istismarına imkan yaradacaqdır. Azərbaycan-İtaliya münasibətləri yüksək səviyyədədir və qeyd etdiyimiz layihənin icrası iki ölkə arasındakı əməkdaşlığı və dostluğu daha da möhkəmləndirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə