Ən baha dolları hansı bank alır? ARAŞDIRMA

Ən baha dolları hansı bank alır? ARAŞDIRMA

Mart ayının 28-da xarici valyuta satan bankların sayı 28-ə çatıb. Banklar dolları limitsiz və ya müəyyən olunan miqdarda satması dollara olan tələbatın azalmasını göstərir. SİA-nın araşdırmasına əsasən bu gün dolları ən yüksək qiymətlə alan bank "Günaybank"dır. Belə ki, bu bank dolları 1.7100 manata alır. Satışı isə 1.73 manat təşkil edir. Dolları ən aşağı qiymətə alan bank isə "Caspian Development Bank"dır. Bu bankda dolların alış qiyməti 1.6550 manatdır, satışı isə 1.74 manat təşkil edir.

Qeyd edək ki, ABŞ dollarının ən aşağı satış qiyməti "Azər-Türk Bank"dadır – Bu bank dolları 1.7250 manat satır. Azər-Türk Bank alışı isə 1.67 manat təşkil edir. Bu gün isə dolların ən baha məzənnəsi 1.7500 manat təşkil edib. Bu məbləğdə dolları Pakistan Milli Bankının Bakı filialı, "Bank Respublika", "Kapital bank", "Nikoil bank", "Naxçıvanbank" və "Yapı Kredi Bank Azərbaycan" və Ziraat Bank Azərbaycan satır.

Bütün xəbərlər Facebook səhifəmizdə