Lənkəranda bayram yarmarkası keçirilib FOTOLAR

Lənkəranda bayram yarmarkası keçirilib FOTOLAR

Martın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhəriin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. SİA-nın məlumatına görə, yarmarkaya Lənkərаn və ətrаf rаyоnlаrdа, həmçinin Bаkı şəhərində fəаliyyət göstərən 30 firmа və şirkət tərəfindən 450 tondan çox müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyat çıxarılıb. Satılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı olub.

Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xalid Rəhimovun sözlərinə görə, yarmarkanın keçirilməsində başlıca məqsəd bazarda süni qiymət artımının qarşısını almaqdan ibarət olub.

Günün sonuna kimi davam edən yarmarkaya Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və icra aparatının məsul işçiləri də baş çəkərək satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə