Bakıda şopinq festivalı keçirilib. Şopinqdə Mədəniyyət və turizim naziri və Turizim Şurasının üzvləri iştirak edib.
Mədəniyyət və turizim naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda turizim sahəsində keçiriləcək yeni bir layihə fəaliyyətə başlayır və ilk dəfə keçiriləcək festivalın maraqla qarşılanacağını gözləyirik. Ölkə başçısı İlham Əliyev turizimin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2016 sentyabrın 1-i Sərəncam imzalayıb. Bununla bağlı nazirliklərə xüsusi tapşırıqlar verilib və bu turizim sənayesinin inkişaf edirilməsi və daha çox turist axınını gücləndirmək üçün ciddi addımlar atılıb. Azərbaycanda ilk dəfə şopinq ticarət festivalının keçirilməsi haqqında müvafiq tapşırıq verilib. Ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb. Belə ki, Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər yerlərdən ölkəmizə turist və müştəri axını gözlənilir. Bu şopinq festivalı tanınmış layihədir və bu turist axının səbəb olacağı gözlənilir. Regionda isə bu ilk təcübədir və hər bir olkənin turizim kriteyası olmalıdır. İlk dəfə qeyd etmək istyirik ki, aprel ayının 10-dan may ayının 10-na qədər Azərbaycanda 1-ci Şopinq Festivalı öz işinə başlayacaq və ümüd edirik ki, bu festival uğurla başa çatacaq.
Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, bu tədbir turizimin inkişafına təkan verəcək mühüm tədbirlərdən biridir. Ölkə başçısının turizimin inkişafı ilə bağlı verdiyi Sərəncamın mühüm əhəmiyyəti var. Bu işin təşkilində əlavə dəyər vergisinin qaytarılması Vergilər Nazirliyinə həvalə olunub. Biz iyul ayından təsviri sistemi Azərbaycanda tətbiq etmişik. Bu sistemdə beynəlxalq təcrübə öyrədilsə də əsas bizim milli təcrübəmiz əsas götürülüb. Çünki bizim təcrübəmiz məqsədəuyğun, rahat və effektivdir. Keçən ildən, bu günə qədər əlavə dəyər vergisinin qaytarılması ilə bağlı verilmiş fakturaların sayı 6863-dür. Əməliyyatların ümumi məbləği manatla 12 milyon manatdan artıqdır. Bu Azərbaycanın pərakəndə ticarət dövriyyəsinə əlavə olunan məbləğdir.Qeyd edim ki, bir milyon əlavə vəsaiti xarici ölkə vətəndaşlarına qaytarılıb. Bu ticarət festivallarının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, milli brendimiz yaradılır. Biz yerli vətəndaşlarımızın Azərbaycan vətəndaşlaarının da bu festivalda geniş iştirakını təmin etmək istəyirik. Təsvirindən fərqli olaraq orda ƏDV qaytarılacaq məbləğin minumumu müəyyənləşdirir 300 manat. Ama ticarət festivalında bu 100 manatdır.10 manat məbləğində alış veriş edən hər bir Azərbaycanlı bu verginin qaytarılmasından istifadə edəcək.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycanın turizimin inkişafına yeni mərhələsində bu festival öz töhfəsini verəcəkdi. Son on il də iqtisadi inkişafa nail olunub. Turizimin inkişafı rayonlarda və Bakı şəhərində özünü göstərir. Belə bir festivalın keçirilməsi yüksək inkişafın nəticəsidir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova qeyd edib ki, Bu festival bizə geniş ümüdlər verir. Bakı şəhər İcra hakimiyyəti olaraq məsulliyətimizi artırır. Xüsusi işçi qrupu yaradılıb və gücləndirilmiş iş rejimi ilə festivalda iştirak ediləcək
Azərbaycan Konqreslər Qrupunun icraçı Direktoru Ülviyyə Mirqasımova qeyd edib ki, bu festivalda iştirak etmək istəyən ticarət obyektərinin qeydiyyatı açıq elan olunur. İştirak etmək istəyən elektron ünvanımıza daxil olub geniş məlumat əldə edə bilər. Tövsiyyə edirik ki, insanlar bu festivaldan istifadə edərək endirimidən yararlansınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB