Türkiyə mətbuatı: Kərkükdən Türkiyəyə neft nəqli dayandırıldı

Türkiyə mətbuatı: Kərkükdən Türkiyəyə neft nəqli dayandırıldı

İraqın Kərkük şəhərindən Türkiyəyə Kərkük-Yumurtalıq boru kəməri ilə həyata keçirilən neft nəqli dayandırılıb. Türkiyə mətbuatının yazdığına görə, KİV-lərinə istinadla xəbər verir ki, Kərkük Vilayət Məclisinin neft və qaz komissiyasının sədri Əhməd Əsgəri bazar ertəsi gecədən bəri Kərkük neftinin Türkiyənin Ceyhan limanına nəqlinin dayandırıldığını bildirib. O, problemin Türkiyə tərəfində olduğunu deyib: "Bununla bağlı bizə hər hansı bir məlumat verilməyib. Yəqin ki, terminalın dolması ilə əlaqədar belə bir qərar qəbul edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə