Vüqar Bayramov: “Xanımlar bir gün işləməsə, iqtisadiyyata 21 milyard dollar ziyan dəyər”

Vüqar Bayramov: “Xanımlar bir gün işləməsə, iqtisadiyyata 21 milyard dollar ziyan dəyər”

McKinsey Global İnstitutunun qənaətinə görə, dünyada bütün xanımların hüquqları qorunsa qlobal Ümumi Daxili Məhsulda (ÜDM) 2025-ci ilədək əlavə olaraq 12 trilyon dollar artıma nail olmaq mümkün olar. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, aydındır ki, gender qeyri-bərabərliyi yalnız mənəvi və sosial deyil, eyni zamanda iqtisadi problemdir: "Hətta qlobal əmək bazarında xanımların kişilərlə eyni hüquqları olsaydı, bu ÜDM-in 28 faiz artmasına gətirib çıxara bilərdi. ABŞ-da 18 trilyon dollarlıq ÜMD-in 7,6 trilyon dollarını xanımlar formalaşdırır. Sözügedən ölkədə xanımlar sadəcə bir gün işləməsə, bu, iqtisadiyyata 21 milyard dollar ziyan vurar. Bu əslində, xanımların iqtisadi gücünün ən yaxşı göstəricisidir. Azərbaycanda xanımların iqtisadiyyata töhfəsi hesablanmasa da, güman etmək çətin deyil ki, xanımlarımızın elmi və iqtisadi potensialından hələ də tam istifadə edilmir. Təhsilli, iqtisadi baxımdan özünü təmin edən xanım cəmiyyətin inkişafı və gender bərabərliyinin formalaşması baxımdan çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə