“Azərbaycan- İran arasında iqtisadi əlaqələr daha da güclənəcək" MÖVQE
"Azərbaycanla İran arasında iqtisadi əlaqələr mövcud potensialın altındadır. Bunun da müxtəlif səbəbləri var". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
İranın əsasən kənd təsərrüfatı sahəsində rəqabətli məhsullar istehsal etdiyini deyən ekspert bildirib ki, Azərbaycan da bu sahədə müəyyən məhsulları özü istehsal etdiyi üçün burada böyük dövriyyədən söhbət gedə bilməz: "Amma digər sahələrlə bağlı İran o qədər də rəqabətli məhsullar istehsal etmirdi.
Lakin nəzərə alaq ki, 90-cı illərdə Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri İran idisə, sonralar qonşu ölkə bu statusunu itirdi. Artıq Azərbaycanda alıcılıq imkanlarının artması, insanların daha keyfiyyətli və müasir standartlara cavab verən məhsullara təlabatını artırmışdı. Bu isə təbii ki, Uzaq Şərq, Yaponiya, Cənubi Koreyada, eləcə də Avropa, Qərb və ABŞ-da istehsal olunan daha keyfiyyətli, yüksək standartlara tələb formalaşdırmışdı. Bu baxımdan İran-Azərbaycan arasında ticarət dövriyyəsi, iqtisadi əlaqələrin həcmi davamlı kiçilirdi. Lakin son illər, xüsusən də 2 il müddətində bu əlaqələri daha da genişləndirmək, inkişaf etdirmək imkanları yaranıb".
"Azərbaycan Prezidentinin İrana səfəri zamanı qonşu ölkənin başçısı bildirdi ki, iranlı iş adamlarının Azərbaycanda avto və dərman sənayesinə yatırımları hər iki ölkə rəhbərləri tərəfindən müsbət qarşılanır. Düşünürəm ki, Azərbaycan-İran arasında iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək. Çünki, iki ölkə arasında tranzit daşımalarla bağlı Şimal–Cənub nəqliyyat dəhlizinin tam fəaliyyətinin təmin olunması, Astara-Rəşt dəmiryolunun həllini tapması bu münasibətləri daha da gücləndirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB