"Neft Daşları" yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB