Neftimiz bahalaşıb

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. SİA-nın xəbərinə görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,08 dollar və ya 1,89% artaraq 58,24 dollar təşkil edib.

Dünya birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,06% artaraq 54,48 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,12% artaraq 56,65 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə