Robin Danniqan: ""Cənub Qaz Dəhlizi" ABŞ üçün strateji layihədir"
"Cənub Qaz Dəhlizi" layihəsi ABŞ üçün strateji layihə olaraq qalır. Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühümdür". SİA-nın xəbərinə görə, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyib. O bildirib ki, layihə Avropa istehlakçıları üçün bir çox imkanlar açır: "Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Müəyyən çətinliklər olsa da, hesab edirik ki, bunun öhdəsindən uğurla gələcək, Xəzərdə hasil olunan qazın Avropaya çatdırılmasına nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB