Heydər Əsədov vətəndaşlarla görüşəcək

Heydər Əsədov vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 24-də Hacıqabul rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Biləsuvar, Salyan, Hacıqabul və Neftçala rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinə (050-305-18-18) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə