Yeni qurum fəaliyyətini genişləndirir

Prezidentin sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin 12 regionda bölmələri var
Yeni qurum fəaliyyətini genişləndirir

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılmış "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir. Ölkə Prezidentinin Sərəncamı ilə Cəmiyyətin qarşısına aşağıdakı məqsədlər qoyulmuşdur:

1. Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq;

2. Kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq;

3. Dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq;

4. Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək.

Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq paytaxtla yanaşı 12 regionda bölmələr , 46 rayonda dayaq məntəqələri yaradılmış, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilmişdir. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilmiş, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilmişdir.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla ( körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 sayda müqavilə bağlanılmışdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün 1835 sayda təchizat nöqtəsi yaradılmışdır.

Cəmiyyət 01 yanvar 2017-ci tarixindən etibarən satınalan təşkilatların ( təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri,digər dövlət obyektləri və s.) təchizatının həyata keçirilməsinə başlamışdır.

Cəmiyyət təchizat səviyyəsini öyrənmək məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlərə başlamışdır. Qax-Zaqatala Regional Bölməsi üzrə (Balakən, Zaqatala, Qax) Zaqatala şəhərində dövlət satınalan təşkilatları və icra nümayəndələrinin iştirakı ilə regional müşavirə keçirilmişdir.

" Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC İH sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək son illər dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən inkişafdan söz açmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Cəmiyyətin yaradılması aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcədə satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə səbəb olacaqdır. Cəmiyyət dövlət başçısının tapşırıqları istiqamətində tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün regional görüşlər, sorğular, monitorinqlər keçirir.

Bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir. Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcədə hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığn təmin olunması, yerli istehsalın dəstəklənməsidir.

Regional görüşdə satınalan təşkilatların ərzaq məhsullarına təlabatı elektron portalından ( tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub. Tövsiyyə olunub ki, hər bir satınalan təşkilat portalda öz təlabatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən düzgün istifadə edilməsi məqsədi ilə verilən təlabatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağça müdirələrinin, xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılmış, portalla işləmək bacarıqları ətraflı şərh olunmuşdur.

Regional müşavirənin sonunda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi üçün təkliflərini səsləndirmişlər.

"Ərzaq məhsullarının tədarükü və təchizatı"ASC regionlarda satınalan təşkilatlarla maarifləndirici regional müşavirələri davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə