Vergilər Nazirliyi proqnoza 112 faiz əməl edib

Vergilər Nazirliyi proqnoza 112 faiz əməl edib

Yanvar ayında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

2017-ci ilin yanvar ayı ərzində vergiödəyiciləri tərəfindən dövlət büdcəsinə 544 milyon 849,2 min manat məbləğində vəsait ödənilib və proqnoz tapşırıqlarına 112 faiz əməl olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə