“Qazprom”la Gürcüstanın yeni müqavilə şərtləri nəyi dəyişəcək? EKSPERT RƏYİ

“Qazprom”la Gürcüstanın yeni müqavilə şərtləri nəyi dəyişəcək? EKSPERT RƏYİ

"Qazprom"la Gürcüstan hökuməti arasında imzalanan tranzit müqaviləsində yalnız mübadilənin növü dəyişib. Belə ki, müqavilə indiyədək "Gürcüstanla "Qazprom" arasında qazın nəqli zamanı tranzit haqqının natural şəkildə ödənməsini nəzərdə tuturdu. Lakin yeni sənədə əsasən bu, pul şəklində ödəniləcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, Gürcüstan yeni müqaviləyə əsasən ehtiyacı yarandığı təqdirdə Rusiyadan qaz almaq imkanına malik olacaq: "İndiyədək Gürcüstanın qaz bazarı iki mənbədən 85 faizi Azərbaycan, 15 faizi isə Rusiya qazından formalaşır. 2016-cı ilə nəzər salsaq Gürcüstan bazarına 2.2 milyard kub metr Azərbaycan, 100 milyon kub metr isə Rusiya tərəfindən kommersiya qazının daxil olduğunu görərik. Bundan əlavə 220 milyon kub metr tranzit haqqı olub".

Gündəlik qaza olan tələbatın dəyişdiyini dilə gətirən iqtisadçı-ekspert bunun hava şəraitindən asılı olduğunu vurğulayıb: "Bütün ölkələr bir neçə mənbədən qaz almaqla qaza olan tələbatı stabilləşdirməyə çalışır".

Gürcüstanın Rusiya ilə münasibətlərini iqtisadi yola istiləşdirməyə çalışması ilə bağlı fikirlərini bildirən İ. Şaban qeyd edib ki, bunun normal olduğunu dilə gətirib: "Gürcüstanın heç bir təbii sərvəti yoxdur. Bundan əlavə, Gürcüstanın Qara dəniz çıxışının yarısı işğal olunaraq Rusiyaya keçib. Bu baxımdan bu gün Gürcüstan Rusiya ilə münasibətləri həlimləşdirmək hesabına onların kənd təsərrüfatı məhsulları, çaxır içki məhsulları Rusiyaya axır ki, bu da onlara valyuta qazandırır. Bu baxımdan Gürcüstanın yeni hakimiyyətinin Rusiya ilə yaxınlaşmaq istəyi siyasətdə normal hesab edilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə