"Daşınmaz əmlak bazarında vəziyyət 2018-ci ildə dəyişəcək" EKSPERT RƏYİ

"Daşınmaz əmlak bazarında vəziyyət 2018-ci ildə dəyişəcək" EKSPERT RƏYİ

"Bakının daşınmaz əmlak bazarında ötən ilin eyni dövrü ilə müqayisədə aktivlik 1-2 dəfə azalıb. Yaşayış obyektlərinin dollarla qiymətində 30 faizdən çox azalma, manatla isə 8-9 faiz artım müşahidə olunur. Qeyri-yaşayış obyektlərində isə artım 2-3 faiz arasında dəyişir". Bunu SİA-ya açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

Aktivlikdə azalmanın davam etdiyini dilə gətirən ekspert hazırda stabillikdən söhbət getmədiyini deyib.

Kirayə bazarındakı vəziyyəti açıqlayan ekspert bildirib ki, bu sahədə vəziyyət ötən ilin ortalarında kəskin şəkildə azalmışdı, lakin ilin sonlarında və bu ilin əvvəlinə diqqət etsək burada aktivliyin olduğunu görmək mümkündür: "Amma ümumən kirayə bazarında qiymətlərdə 10-15 faiz azalma qeydə alınır. Torpaq bazarına gəldikdə burada da aktivlik ötən ilik eyni dövrü ilə müqayisədə aktivlik çox aşağıdır. Qiymətlərdə isə böyük dəyişiklik qeydə alınmır".

Aktivliyin aşağı düşməsinin səbəblərindən danışan N. İbrahimov qeyd edib ki, burada əsas səbəb insanların pessimist gözləntiləridir: "Burada psixoloji faktorlar özünü göstərməkdədir. İnsanlar özlərini daha çətin vəziyyətə hazırlamağa çalışdıqları üçün əllərində olan pulu xərcləməyə ehtiyat edirlər. Bu, aşağı təbəqəyə aiddir. Yuxarı təbəqə isə öz ölkə daxili tələblərini ödəyiblər. Artıq vəsaitlərinin bir hissəsini xaricə - Türkiyə, Avropa və digər ölkələrə çıxararaq,oradakı daşınmaz əmlaka və ya biznesə yatırırlar. Bu da son nəticədə Azərbaycanda daşınmaz əmlakda aktivliyin aşağı düşməsinə səbəb olur".

Ekspert əlavə edib ki, 2018-ci ilin ikinci yarısında əmlak bazarında artım ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə