2016-cı ildə informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1599,6 milyon manatlıq xidmətlərin 72,4 faizi əhali sektoruna aid olub. 2015-ci illə müqayisədə 2016-cı ildə informasiya və rabitə xidmətlərinin dəyəri 4,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
SİA-nın verdiyi məlumata görə, xidmətlərdən əldə edilən gəlirin 51,2 faizi və ya 819,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB