Mərkəzi Bankda hərrac keçirilib

Yanvarın 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100453S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 milyon manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

SİA-nın verdiyi məlumata görə, hərrac zamanı 4 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 53,033,900.00 manat təşkil edib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 25 milyon manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi fevralın 23-dür.

Bütün xəbərlər Facebook səhifəmizdə