Səlim Müslümov: "Prezidentin sərəncamı 145 min adama təsir edəcək"

Səlim Müslümov: "Prezidentin sərəncamı 145 min adama təsir edəcək"

"Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir deyib ki, bunun səbəbi müxtəlif ola bilər: "Maaşın minumum əmək haqqından aşağı olması işçilərin ya yarım ştatda işləmələri ya başqa səbəblə bağlı ola bilər. Amma ölkə ərazisində əmək haqları minimum qiymətdən aşağı olmamalıdır".

S.Müslümov əlavə edib ki, Azərbaycan Prezidentinin "Əmək pensiyalarının ­sığorta hissəsinin in­deksləşdirilməsi haqq­ında" 2017-cı il 21 ­yanvar tarixli sərənc­amı 145 min adama təsir edəcək: "Onların əmək haqqı təxminən 40,3 milyon manat artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə