Gömrük infrastrukturu yaradılır

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Astarada salınan dəmir yolunda gömrük infrastrukturu yaradılır.

SİA-nın verdiyi xəbərə görə, bu sözləri yanvarın 23-də keçirilən Dövlət Gömrük Komitəsinin kollegiya iclasında komitənin sədr müavini Səfər Mehdiyev deyib.

S.Mehdiyev qeyd edib ki, 2016-cı ildə görülən işlərə Azərbaycanın sərhəd-keçid məntəqələrində GMO laboratoriyalarının yaradılması, elektron bəyannaməyə keçid, büdcə proqnozlarının artıqlaması ilə yerinə yetirilməsi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə