Rusiya OPEC-ə üzv və qeyri-üzv dövlətlərlə əldə olunmuş razılıq çərçivəsində neft hasilatını mərhələli şəkildə azaltmağa başlayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
O deyib ki, Rusiya OPEC qarşısında öz öhdəliyini yerinə yetirməyə başlayıb. Novakın sözlərinə görə, hasilatın azaldılması neft şirkətlərinin əvvəlcədən müəyyən etdikləri plan əsasında gedir: "Biz 10 gün ərzində hasilatı planlaşdırıldığından daha çox azaltmışıq".
Novak əlavə edib ki, Moskva OPEC-in qərarının icrasına dair monitorinqin aparılması təklifini müzakirə etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB