2016-cı ilin yanvar-dekabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7401 müraciət qeydə alınıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciətlər əsasən nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda istirak etmək, süni mayalanma tədbirləri nəticəsində doğulan hər buzova görə heyvan sahibinə kompensasiya ödənilməsi, subsidiyalar, suvarma işləri, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, güzəştli şərtlərlə kreditlərin verilməsi qaydası, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, o cümlədən arıçılıq məhsullarının sərgi satış yarmarkasında iştirak etmək, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikaya gətirilən və respublikadan aparılan bitki və bitki mənşəli məhsullar üçün zəruri idxal və ixrac sənədləşmələri, heyvan xəstəlikləri barədə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi, lizinq yolu ilə cins heyvanların və yeni kənd təsərrüfatı texnikalarının alınması, sürücülük vəsiqəsinin dəyişdirilməsi rüsümları, işlə təmin olunma, torpaqların təyinatının dəyişdirilməsi, baramaçılığın inkişafı, fındıq bağlarının salınması və kənd təsərrüfatının digər müxtəlif sahələri əlaqədar olub.
Qeyd edək ki, daxil olan müraciətlər mövcud qanunvericiliyə uyğun cavablandırılmış, verilən sorğular əsasında zəruri informasiya məsləhət xidməti göstərilmiş, araşdırma tələb edilən müraciətlər isə aidiyyəti üzrə təqdim edilərək qaldırılmış məsələnin həllinə köməklik göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB