Azərbaycanda quraşdırılmış bankomatların sayı 2450 ədəd təşkil edib
Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən il dekabrın 1-nə 2450 ədəd təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankomatların 1322-si paytaxtda, 1128-i regionlarda quraşdırılıb.
Ötən ilin yanvar-noyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 73175 ədəd olub ki, bunun da 40543-ü Bakının, 32632-si isə regionların payına düşür. Pərakəndə ticarət obyektlərində isə 72277 POS-terminal quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB