Bank BTB "MasterCard" sahiblərinə yeni üstünlüklər qazandırmağa davam edir!

Bank BTB "MasterCard" sahiblərinə yeni üstünlüklər qazandırmağa davam edir!

31.03.2017-ci il tarixinədək "MasterCard" plastik kart sahibləri Azərbaycanın aparıcı otellərində möhtəşəm güzəştlər əldə edə biləcəklər.

Belə ki, 15% dan başlayaraq 25%-dək endirimlər "Fairmont Baku", "JW Marriott Absheron Baku", "Boulevard Hotel Baku" və "İntourist" otellərində kampaniya müddətində təqdim edilir.

Əlavə olaraq, Gəbələdə yerləşən Chenotpalace sağlamlıq mərkəzində müalicə proseduralarına 20%, Tibbi Şöbənin xidmətlərinə isə 10% dəyərində endirimlərdə mövcuddur. Otellərin rəsmi internet saytında və ya qeydiyyat masasında Bank BTB "MasterCard" plastik kartları ilə ödəniş edərək kart sahibləri təqdim edilən imtiyazlardan istifadə edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytından www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə