Məzənnələr dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro 0,56 faiz zəifləyərək 1,8719 manat, Rusiya rublu 0,34 faiz ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 2,68 faiz zəifləyərək 0,4648 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə