2016-cı ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) vasitəsilə 2 milyon 386 min 450 ton Azərbaycan nefti nəql edilib.
SOCAR-ın mətbuat xidmətindən SİA- ya verilən məlumata görə, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 862 min 673 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-dək BTC-yə 321 milyon 538 min 62 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB