Türkmənistan borca görə İranın qazını kəsib

Türkmənistan borca görə İranın qazını kəsib

Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə bu ölkənin qazını kəsib. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyindən bildirilib. "İran Milli Qaz Şirkəti 2013-cü ildən bəri bu ölkəyə çatdırılan türkmən qazına görə borcu ödəmir. Nəticədə İran tərəfində külli miqdarda borc yaranır. Bu da Türkmənistanın qaz infrastrukturunda maliyyə çətinlikləri yaradır", - nazirlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə