Sığorta agenti fəaliyyətinə lisenziya verilib

Sığorta agenti fəaliyyətinə lisenziya verilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, "GünayBank" ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Palatanın mətbuat xidmətindən SİA-ya verilən məlumta görə, Direktorlar Şurasının qərarı ilə, həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verilib. Sözügedən lisenziyalar "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə