İran yaxın gələcəkdə 12-dək xarici neft şirkəti ilə müqavilə imzalayacaq
İran indiyədək 12 xarici neft şirkəti ilə anlaşma memorandumu imzalayıb. Yaxın gələcəkdə daha 10-12 xarici şirkət ilə müqavilələr imzalanacaq. "Mehr" agentliyi xəbər verir ki, bu barədə İranın Pars Neft və Qaz şirkətinin baş direktorunun müavini Qulamrza Mənuçehri deyib.
O, investisiya təhlükəsizliyinin İranın qaz və neft sənayesinin ən əsas məsələlərindən biri olduğunu deyib: "İranın neft-qaz sənayesinin neft axtarışı və hasilatı üzrə investisiya təhlükəsizliyi yüksək səviyyədədir". Müqavilə imzalanan 12 şirkət arasında Rusiyanın "Gazprom" şirkəti ilə yanaşı, Hollandiyanın "Royal Dutch Shell", Fransanın "Total SA" və Yaponiyanın "INPEX" şirkətləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB