Azərbaycan-İran biznes-forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək

Azərbaycan-İran biznes-forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək

Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclas və biznes-forum İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyətinin dekabrın 26-29-da Azərbaycanda səfəri çərçivəsində baş tutacaq.

İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə