“Qərbi Abşeron” yatağında 30 nömrəli quyuda qazma işlərinə başlanılıb

“Qərbi Abşeron” yatağında 30 nömrəli quyuda qazma işlərinə başlanılıb

SOCAR-AQŞ "Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyuda qazma işlərinə başlayıb. Müəssisədən SİA-ya verilən məlumata görə, layihə dərinliyi 750 metr olan 30 nömrəli quyunun qirməki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

SOCAR-AQŞ digər quyularda olduğu kimi, bu quyunu da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə