Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası başlayıb

Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası başlayıb

Bakıda Azərbaycan-Rusiya ticari-iqtisadi məsələləri üzrə hökumətlərarası komissiyanın iclası keçirilir. SİA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozin özünün "Twitter" səhifəsində yazıb.

"Soyuq və günəşli Bakıda Rusiya-Azərbaycan ticari-iqtisadi məsələləri üzrə hökumətlərarası komissiyasının iclası keçirilir" - deyə, Roqozin qeyd edib.

Xatırladaq ki, iclasda Azərbaycan tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə