"Hansısa boru xəttindən təhdid vasitəsi kimi istifadə olunmamalıdır"
TAP kimi əhəmiyyətli layihələrin həyata keçirilməsində yerli icmalarla müəyyən çətinliklər yarana bilər. Biz İtaliyada belə çətinliklə üzləşdik. İA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn deyib. O bildirib ki, bu cür problemləri birgə səylərlə aradan qaldırmaq mümkündür.
ABŞ rəsmisi "Türk axını" layihəsinə də toxunub. Onun sözlərinə görə, ABŞ əmin olmaq istəyir ki, Avropanın qaz təchizatında müxtəlif mənbələr var: "Hansısa boru xətti digər ölkənin müstəqilliyinə qarşı və təhdid vasitəsi kimi istifadə olunmamalıdır Avropada bu yanaşma böyük əhəmiyyət kəsb edir".
O deyib ki, ABŞ və Avropa dövlətləri hesab etmirlər ki, Rusiya enerji təminatının hissəsi ola bilməz: "Ancaq bir şərtlə ki, bazar şərtləri pozulmasın və monopoliya yaradılmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB