Valyuta məzənnələri dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi dekabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

Avro 1,2 faiz möhkəmlənərək 1,8369 manat, Rusiyanın milli valyutası rubl 1,1 faiz ucuzlaşaraq 0,0284 manat, Türkiyə lirəsinin məzənnəsi isə 1,3 faiz zəifləyərək 0,4944 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə