Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8 nömrəli dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB