Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilən, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB