Meksika neft hasilatını azaltmağa hazırdır

Meksika neft hasilatını azaltmağa hazırdır
Meksika OPEC razılaşması çərçivəsində gündəlik neft hasilatını 150 min barel azaltmağa hazırdır. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.Belə ki, Venesuelanın neft naziri Euloxio del Pino Meksikanın neft hasilatını azaltmağa razı olduğunu deyib.

Qeyd edək ki, OPEK ölkələri noyabrın 30-da Vyanada keçirilən iclas zamanı gündəlik neft hasilatını 1,2 milyon barel azaltmaq barədə razılığa gəlib. Bu gün isə qeyri-OPEC ölkələri qeyd edilən məsələdə razılaşmaq üçün Vyanada bir araya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə