Azərbaycan ilə Qətər arasında İqtisadi,Ticarət və Texniki Komissiyanın iclası keçirilib
Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən üzvlərinin iştirakı ilə ilk iclası keçirilib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Komissiyanın həmsədri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın Maliyyə, Mədəniyyət və Turizm, Xarici İşlər, İqtisadiyyat, Təhsil, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birgə Komissiyada təmsil olunan nümayəndələri iştirak edib. Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin yüksək templərlə inkişaf etdiyini xatırladan Komissiyanın həmsədri Kəmaləddin Heydərov dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaratdığını bildirib. O, qeyd edib ki, dövlət başçılarının təşəbbüsü ilə yaradılan, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın gələcək fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib. Bu səbəbdən, əməkdaşlığın bütün aspektlərinin nəzərdən keçirilməsi və potensial imkanların bir daha dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
İclasda çıxış edən Komissiya üzvləri hər iki ölkə arasında iqtisadi, ticarət və texniki əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini irəli sürüb, səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB