Elman Rüstəmov: "Böhranı 9 ildən sonra hiss etdik"

Elman Rüstəmov: "Böhranı 9 ildən sonra hiss etdik"

"2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyəti olub: "Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11% ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq, davamlılıq və dayanıqlılıq nümayiş etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə