Nazir: "Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb"

Nazir: "Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb"

"Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb". SİA-nın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisinin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin artırılması təklif olunur: "Gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz, xərcləri isə 1,81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə