“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək

“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək

Dekabrın 7-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 98-ci ildönümü münasibətilə parlamentin üzvü olmuş Hacı Səlim Axundzadəyə həsr olunmuş sərgi və onun "Azərbaycan torpağına türbət demişəm" kitabının təqdimatı keçiriləcək.

Muzeydən SİA-ya verilən məlumata görə, kitabın tərtibatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovdur.

Qeyd edək ki, Hacı Səlim Axundzadə 1872-ci ildə anadan olub, sovet dövründə mühacirətdə yaşayıb, 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir, Ənzəlidə torpağa tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə