"2017-ci ilin büdcə layihəsi Azərbaycan Respublikasının strateji inkişaf prioritetləri, orta müddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makro iqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, büdcə layihəsi son dövrlər ölkəmizdə mahiyyət etibarı ilə əvvəlki illərdən fərqli makro iqtisadi vəziyyətin yarandığını əks etdirir və layihədə yeni post -neft iqtisadi inkişaf erasına keçidlə bağlı çağırışları nəzərə alınıb: "Dünya bazarında təklifin artması tələbin isə həmin artma ilə zəif ayaqlaşması, ölkə iqtisadiyyatı üçün əsas valyuta daxil olması mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şəratləndirir. Cari ildə 2016-ci ilin fevral ayında büdcəyə edilən dəyişiklər zamanı qəbul edilən neftin 25 dollar həcmində məyyən edilməsindən sonra neftind ünya bazarında qiyməti orta hesabla 43 dollar civarında qalmaqdadır. Lakin buna baxmayaraq qiymət hələ də aşağı səviyyədədir. Neft qaz biznesi ilə məşğul olan şirkətlər bu qiymətin yeni investisiyaların cəlb edilməsi üçün yetərli hesab etmirlər".
Nazirin sözlərinə görə, neftin ucuzlaşması həm də xarici valyutaların daxil olmalarına da mənfi təsr göstərib: "Ölkəmizin tədiyyə balansı xeyli pisləşib. Milli valyutamızın mübadilə məzənnəsi iki devalvasiyadan sonra da təzyiqlərə məruz qalmaqdadır. Bununla yanaşı, bank sistemində sabitlik pozulub, bir neçə banklar bağlanıb, dollarlaşma meylləri, inflyasiya artıb, ÜDM azalıb ki bu da ölkəmizin makro iqtisadi vəziyyətinin mürəkkəbliyini səciyyələndirir. Ölkə başçısının rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpaolunması üçün cari ildə makro iqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatarın sürətlənməsi isqtiamətində tədbirlər həyata keçirilməkdədir. İqtisadiyatın şaxələnmə sürətinin qeyri-neft ixracının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Cari ildə həyata keçirilən siyasət gələn il də davam etdiriləcək. Əsas məqsəd valyuta bazarlarında gərginliyi aradan qalıdırmaqla ölkədəki makro iqtisadi sabitliyi qorumaqdır. 2017-ci ilin dövlət büdcəsinə transfer 20 faiz azalıb. Bu siyasət artıq 2014-ci ildən başlayaraq həyata keçirilməkdədir. 2014-ci ildə 14 fazi, 2015 19, faiz azaldılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB