Baş bankir: "Manatın öz dəyərini tapması üçün siyasət mövcuddur"
"Azərbaycan Mərkəzi Bankı bu ilin fevral ayından valyuta bazarına intervensiyanı dayandırıb". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, hazırda üzən məzənnənin əsas prinsipi gözlənilir: "Buna baxmayaraq manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarəedilmə siyasəti mövcuddur. Biz bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənəsində nə baş verə biləcəyinə əmin deyilik. Bizim gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzuolunan səviyyədə sabiləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkanlar olacaq".
Baş bankir qeyd edib ki, cari əməliyyatlar balansı tarazlığa çox yaxındır və sıfıra yaxınlaşdırılıb: "Kapital əməliyyatları balansında problemlər var. Buna səbəb çoxdan toplanmış borclardır. Azərbaycan Beynəlxalq Bankının xarici borclanması var ki, onu verməliyik. Bir sözlə, səbəb köhnədən qalmış borc problemidir. Hazırda tədiyyə balansının yeni neft qiymətlərinə uyğunlaşdığını demək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB