OPEC-dən yeni ehtimal

Dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"a görə, neft bazarı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələrin neft hasilatının məhdudlaşdırılması barədə razılaşacaqlarına 30 faiz ehtimal edir.

SİA-nın məlumatına görə, "Goldman Sachs Group"un analitikləri Damien Kourvalin və Cef Kurri OPEC-in razılığa gələcəyi təqdirdə neftin barrel qiymətinin 50 dollar səviyyəsini keçəcəyini, gələn ilin birinci yarısında isə 55 dollar/barrel olacağını proqnozlaşdırırlar.

"Goldman"a görə, əgər OPEC razılığa gəlməsə neftin qiyməti gələn il 45 dollar/barrel səviyyəsində olacaq.

OPEC ötən 8 ildə ilk dəfədir ki, neft hasilatını azaltmaq üzrə razılığa gəlmək ərəfəsindədir. Oktyabr ayında gündəlik 34 milyon barrel ilə rekord səviyyələrə neft hasil edən OPEC istehsalı 32,5-33 milyon barrel səviyyəsinə salmağı müzakirə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə