"BTQ-nin Türkiyə hissəsi gələn il istismara hazır olacaq" Cavid Qurbanov
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyədən keçən hissəsi gələn ilin ortalarına kimi istismara hazır olacaq. SİA-nın məlumatına görə, bunu Bakıda öz işinə başlamış "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" beynəlxalq dəmir yolu biznes-forumunda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzi ola bilər. C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB