"Günəşli" yatağındakı 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, ölkənin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3088-3075 metr intervaldan sutkalıq 71 ton neft və 5000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB