"Nəqliyyat infrastrukturuna 20 milyard dollardan çox investisiya qoyulub"

"Nəqliyyat infrastrukturuna 20 milyard dollardan çox investisiya qoyulub"

Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 20 milyard dollardan çox investisiya yatırılıb". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayrılır. A. Şərifovun sözlərinə görə, həyata keçirilən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmir yolu rekonstruksiya olunub.

İran-Azərbaycan arasında tikilən Astara-Rəşt dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yollarından danışan baş nazirin müavini deyib ki, bu layihələrin reallaşması ilə Azərbaycan böyük bir huba çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə