Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisinin açılış mərasimi keçirilib FOTOLAR
Bu gün Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "Elan Expo" və "Atılım Fuarcılık" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, ƏMDK-nın sədri Kərəm Həsənov, Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib.
Açılış mərasimində çıxış edən ƏMDK-nın sədri Kərəm Həsənov sərginin işinə uğurlar arzulayıb: "RecExpo II" mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Bildirib ki, sərginin 2-ci günü - noyabrın 23-də Bakı Expo Mərkəzində "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrans keçiriləcək".
Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.
Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Azərbaycan daşınmaz əmlak sektorunun nəhənglərindən olan "Baku White City", "Xəyal Adas"ı, "Dreamland", "AAF Park", "AF Holding", "Şərur İnşaat", "Kristal Abşeron", "Azinko" və "Yeni Həyat" şirkətləri də sərginin önəmli iştirakçılarındandır.
Noyabrın 24-dək davam edəcək sərgi saat 10:00-dan 18:00-dək ziyarətçilərə açıqdır.
Onu da nəzərinizə çatdıraq ki, "RecExpo II" ziyarətçilərini özəl endirimlər və sürprizlər də gözləyir.
.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB