Hotel tikmək istəyirsiz? qəbul başladı

Hotel tikmək istəyirsiz? qəbul başladı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. SİA-nın xəbərinə görə, fond sahibkarlardan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə